Müəllif - Aida İsaq, Banco.az
“Apple” növbəti altı il ərzində Münhendə yerləşən Silikon Dizayn Mərkəzinə 1 milyard avro investisiya yartıracaq.
Banco.az xəbər verir ki, şirkət Münhen təmsilçisinin Avropadakı ən böyük mühəndislik mərkəzi olması qənaətindədir. Eyni zamanda alman mütəxəssislərin yeni texnologiyaların inkişaf etdirilməsinə böyük tövhələr verdiyi bildirilir. Məsələn, M2 seriyalı prosessorların, bəzi mobil rabitə sistemlərinin inkişafı üzrə alman mütəxəssislərin sayəsində müsbət irəliləyişlər əldə olunub. Bu baxımdan müvafiq mərkəz üçün investisiya yatırımının hazırda gündəmdə olduğu qeyd olunur.
Şirkətin məlumatına görə, ayrılan vəsait tədqiqat mərkəzinin inkişaf etdirilməsinə və inşasına sərf olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!