Apple 2 ədəd qatlanan iPhone modeli buraxacaq | Banco.az

Apple 2 ədəd qatlanan iPhone modeli buraxacaq

Tamara Mustafayeva, Banco.az

Smartfonların qatlanan modellərinin olacağı ehtimalını ilk dəfə Samsung firmasından eşitmişdik. Elə ideya səsləndikdən bir müddət sonra Samsung qatlanan smartfon istehsal edərək bazara daxil etmişdi. İlkin mərhələdə uğursuz olan ideya daha sonra təkmilləşdirilərək müvəffəqiyyət əldə etməyə nail oldu.

İstifadəçilər bazarın ən böyük rəqiblərindən biri olan Apple firmasından da oxşar funksiya gözləyirdi, ancaq bu vaxta qədərki heç bir iPhone modelində sözügedən funksiya müşahidə edilməmişdi. Bir müddət əvvəl isə şirkət qatlanan iPhone modellərinin istehsalı üçün hazırlıq mərhələsinə başladığını elan etmişdi. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, hazırda Apple firmasının iki müxtəlif qatlanan iPhone modeli davamlılıq sınaqlarından keçir.

Apple firmasının sözügedən modelləri bazara nə zaman çıxaracağı bəlli olmasa da, bu hadisənin 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvələrinə təsadüf edəcəyi proqnozlaşdırılır.

Həmçinin oxu: "Fiat" və "Peugeot" birləşməsi üzrə müqavilə İMZALANDI

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram