Angela Merkel açıqlayıb - "Avropa tarixinin ən çətin dövrünü yaşayır" | Banco.az

Angela Merkel açıqlayıb - "Avropa tarixinin ən çətin dövrünü yaşayır"

Tamara Mustafayeva, Banco.az

Almaniya kansleri Angela Merkel yeni növ koronavirus infeksiyası səbəbilə Avropanın öz tarixinin ən çətin dövrünü yaşadığını söyləyib.

Merkel Avropa İttifaqi (Aİ) Komissiyasının sədri Ursula von der Leyen ilə video-konfrans vasitəsilə həyata keçirdiyi görüşün ardınca təşkil edilən müştərək mətbuat konfransı zamanı yeni növ koronavirus pandemiyasına hələ də qalib gəlinmədiyini, ancaq mövcud şəraitin içərisində daha yaxşı yaşamağın öyrənildiyini bildirib.

"Avropanın öz tarixinin ən çətin dövrünü yaşadığını bilirik", deyə vurğulayan Merkel bunun iqtisadi göstəricilərdən aydın olduğunu söyləyib.

Merkel Almaniyanın rəhbərlik edəcəyi Aİ Komissiyası Dövr Sədrliyində koronavirus böhranının öhdəsindən gəlmək üçün yolların araşdırılmasının əsas gündəm mövzusu olduğunu da bildirib. Sədrliyin gündəmində bununla yanaşı, gələcəklə bağlı iqlim və rəqəmsallaşma məsələlərinin də olduğunu vurğulayan Merkel bu məsələlərdə Aİ Komissiyasından tövsiyələr gözlədiyini də qeyd edib.

Xatırladaq ki, Almaniya 1 iyul tarixində Aİ Komissiyası Dövr Sədrliyinə rəhbərliyi Xarvatiyada qəbul etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Bu şirkət koronavirus böhranından xilas olmaq üçün qeyri-adi üsula müraciət edib

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et