Amerikaya hansı ölkələrdən avtomobil ixrac olunur? | Banco.az

Amerikaya hansı ölkələrdən avtomobil ixrac olunur?

ABŞ prezidenti Donald Tramp tərəfindən başladılan qlobal ticarət müharibəsi uzun zamandır ki, ölkələrin gündəmindədir. Ümumilikdə qlobal ticarət olduqca mürəkkəb məsələdir və bu baxımdan ölkələr bu sahədə ciddi addımlar atırlar. Dünyanın ən qabaqcıl iqtisadiyyatına sahib ölkəsinin bir çox ölkələrlə yaşadığı qlobal ticarət müharibəsinin gündəmdə olduğu bu günlərdə hansı ölkələrin Amerika ilə avtomobil ticarəti etdiyini araşdırdıq. Aşağıdakı qrafikdə 2017 – ci il ərzində Amerikaya avtomobil ixrac edən ölkələrin adları qeyd edilmişdir.

Yuxarıdakı qrafikdə 2017 – ci ildə ABŞ –a avtomobil ixrac edən hər bir ölkə (bayraq və xəritəsi əks olunmaqla) dairəyə alınaraq göstərilmişdir. Qrafikin hazırlanması zamanı əldə edilən məlumatlar “International Trade Centre’s Trade Map” və Amerika siyahıyaalma bürosu – na istinad edilmişdir.

ABŞ – a avtomobil ixrac edən ölkələrin ilk 5 – liyi aşağıdakı kimidir:

Ən sərfəli kredit üçün müraciət et

  1. Kanada – 43.8%
  2. Yaponiya – 40.7%
  3. Meksika – 30.6%
  4. Almaniya – 20.8%
  5. Cənubi Koreya – 16.1%

Kanada və Meksika ümumi ixracın əsasını təşkil edir və müvafiq olaraq 43.8 milyard dollar və 30.6 milyard dollar ilə siyahının 1 – ci və 3 – cü pilləsindədir. Bu göstəricilər prezident Donald Trampın Şimali Amerika Azad Ticarət Zonasını yenidən formalaşdırmaq üçün göstərdiyi səyləri izah edir.

Həmçinin oxu: Ticarət Müharibəsinin qalibi hansı VALYUTA olacaq

Tamara Mustafayeva, Banco.az