İqtisadi Soyuq Müharibə yaxınlaşır | Banco.az

İqtisadi Soyuq Müharibə yaxınlaşır

Amerikanın “J.P. Morgan Chase” investisiya bankı və maliyyə xidmətləri şirkətlərinin Asiya-Sakit Okean sədri Jing Ulrich ABŞ-Çin ticarət müharibəsindən qaynaqlanan “iqtisadi soyuq müharibə” – nin başlama ehtimalı olduğunu bildirib.

ABŞ və Çin arasında son bir neçə ayda davam edən ticarət müharibəsi qlobal bazarların da ən aktual gündəm maddəsidir.

Analitiklər hələ də razılaşma ümidinin olduğunu qeyd etsələr də, dünyanın bu iki böyük iqtisadiyyatına sahib ölkəsinin bir-birinə qarşı tətbiq etdikləri sanksiyalar davam etməkdədir.

Son olaraq ABŞ prezidenti Donald Trampın Çindən idxal edilən 200 milyard dollar dəyərində məhsula 24 Sentyabr tarixindən etibarən 10% əlavə gömrük vergisi tətbiq edəcəyini bildirməsinin ardınca Çindən ABŞ sanksiyalarına cavab reaksiyası gəlmişdi.

Ən sərfəli kredit üçün müraciət et

CNBC kanalında yer alan xəbərə görə,“J.P. Morgan Chase” Asiya-Sakit Okean sədri Jing Ulrich, “Davam edən ticarət müharibəsinin iqtisadi soyuq müharibəyə çevrilib çevrilməyəcəyini düşünməliyik. Ümid edirik ki, belə olmaz” deyə bildirib.

Dünya İqtisadi Formunda çıxış edən Ulrich hər iki tərəfin hələ də danışıqlar yolu ilə məsələni həll etmə ehtimalının olduğunu vurğulayaraq “Ticarət müharibəsi davam edərsə, nəticələri hər iki tərəf üçün yaxşı olmayacaq və heç kəs bu vəziyyətdən qazanclı çıxmayacaq” dedi.

Həmçinin oxu: ABŞ tarifləri iqtisadiyyata mənfi təsir göstərir: - ARAŞDIRMA

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et