Ticarət Müharibəsinin qalibi hansı VALYUTA olacaq | Banco.az

Ticarət Müharibəsinin qalibi hansı VALYUTA olacaq

Deutsche Banka görə, Avro ticarətin Avro Zonasına meyl etməsi ilə ABŞ – Çin gərginliyinin qalibi ola bilər.

Qlobal ticarət müharibəsinin valyutalar baxımından çox sayda qalibinin olacağı proqnozlaşdırılmasa da, Avro bir istisna təşkil edə bilər.

Deutsche Bank: Euro ticaret savaşının galibi olabilir

Almaniyanın investisiya bankı “Deutsche Bank” – a görə, ABŞ – ın Çindən idxal etdiyi məhsulları Avro Zonası oxşarları ilə dəyişdirməsindən sonra Avro, may ayından bəri görülməyən 1.20 səviyyəsinə qalxmağa hazırlaşır.

Ən sərfəli kredit üçün müraciət et

Banka görə, dünyanın ən böyük iqtisadiyyatına sahib ölkəsinin 200 milyard dollarlıq Çin məhsuluna tətbiq edəcəyi yeni vergidən fayda götürəcək digər valyutalar Kanada DollarıMeksika Pezosudur.

Duetsche Bank – ın valyuta araşdırma departamentinin rəhbəri George Saravalos, “ABŞ – dan qaynaqlanan ticarət müharibəsi ticarəti Avropaya doğru istiqamətləndirərək Avronun əhəmiyyətli dərəcədə fayda etməsinə səbəb ola bilər.” deyə bildirib.

Tamara Mustafayeva, Banco.az