Amerikalı müğənninin konserti Böyük Britaniya iqtisadiyyatına 1,2 milyard dollar gəlir gətirə bilər | Banco.az

Amerikalı müğənninin konserti Böyük Britaniya iqtisadiyyatına 1,2 milyard dollar gəlir gətirə bilər

Müəllif:Ayşən İmanova/Banco.az 

Teylor Sviftin “Eras Tour” çərçivəsində Britaniya konsertləri ölkə iqtisadiyyatına 997 milyon funt sterlinq (və ya 1,2 milyard dollar) gəlir gətirə bilər.

Banco.az xəbər verir ki, bu barədə “Barclays Bank” analitika mərkəzi məlumat yayıb.

Məlumata görə, müğənni iyun və avqust aylarında Böyük Britaniyanın dörd stadionunda 15 konsert verəcək. “Barclays” təxminən 1,2 milyon insanın tamaşalara qatılacağını və hər birinin orta hesabla 848 funt (və ya 1,073 dollar) xərcləyəcəyini təxmin edir. Bu məbləğə bilet, yaşayış, səyahət, konsert üçün geyim, yemək, suvenirlərin alınması xərcləri daxildir.

Qeyd edək ki, amerikalı müğənni ABŞ-da verdiyi 53 konsertlə ötən il ölkənin ÜDM-inə 4,3 milyard dollar əlavə etmişdi. Onun sərvəti “The Eras Tour”un uğuru sayəsində 1,1 milyard dolları ötüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et