Amerikada özəl sektorda işləyənlərin sayı gözləniləndən çox artıb | Banco.az

Amerikada özəl sektorda işləyənlərin sayı gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay ABŞ-ın özəl sektorlarında məşğulluq proqnozları üstələyib.

Banco.az xəbər verir ki, ADP tərəfindən yayımlanan məlumatlara görə, ABŞ-da özəl sektorda işləyələrin sayı may ayında 278 min nəfər artaraq 170 minlik proqnozları keçib.

Özəl sektor məşğulluğunun artması iqtisadiyyatı dəstəkləməyə davam edən möhkəm əmək bazarına işarə edir.

Qeyd edilib ki, may ayında işə qəbul artımına əyləncə və qonaqlama sektoru rəhbərlik etdiyi halda, mədənçilik, tikinti, ticarət və nəqliyyat sektorlarında da artım müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et