Amerikada özəl sektorda işləyənlərin sayı gözləniləndən çox artıb | Banco.az

Amerikada özəl sektorda işləyənlərin sayı gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da özəl sektor üzrə məşğulluq dekabr ayında 235 min artım göstərib.

Banco.az xəbər verir ki, Amerikanın özəl şirkətləri kiçik və orta sahibkarlıq müəssisələrinin timsalında ötən ay proqnozlardan daha çox məşğulluq yaratmaqla ölkədə işçi qüvvəsinə yüksək tələbdən xəbər verib.

“ADP” Tədqiqat İnstitutunun Stenford Rəqəmsal İqtisadiyyat Laboratoriyası ilə birgə yaydığı məlumatlara görə, özəl sektorda çalışanların sayı dekabrda 235 min nəfər artıb. İqtisadçılar isə məşğulluğun 150 min artacağını gözləyirdilər.

Qeyd edək ki, turizm və otelçilik, təhsil və səhiyyə xidmətləri sektorları məşğulluğun artmasına təkan verib ki, əsas işə qəbullar 500 nəfərdən az işçisi olan müəssisələr tərəfindən həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et