Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da daha əvvəl yaşanılmış (ikinci əl) evlərin qiyməti rekord həddə çatıb.
Banco.az xəbər verir ki, Milli Rieltorlar Assosiasiyası (NAR) may ayı üzrə ikinci əl mənzil satış məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, ölkədə mövsüm təsirlərindən kənarlaşdırılmış əsasda ikinci əl mənzillərin satışı may ayında aylıq 0,7 faiz azalaraq 4,11 milyona geriləyib. Ekspertlər isə 4,10 milyon proqnozu vermişdilər.
Ardıcıl üç aydır azalan ikinci əl mənzillərin satışı aprel ayında da 1,9 faiz azalaraq 4,14 milyon hesablanmışdı.
Ölkədə ikinci əl mənzillərin satışı may ayında ötən ilin eyni ayına görə isə 2,8 faiz azalıb.
ABŞ-da ikinci əl mənzil bazarında evlərin orta hehsabla qiyməti sözügedən dövrdə illik 5,8 faiz bahalaşaraq 419 min 300 dollarla indiyə qədərki rekord həddə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!