3 mart 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (50101189S dövlət qeydiyyat nömrəli) 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99.5167 (6.24%) və 99.5543 (5.76%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 572.29 milyon manat olmuşdur. Bu da 3.8 dəfə çox olması deməkdir.
Qeyd etməliyik ki, AMB-nin bu hərrac üçün planı əslində 100 mln. manat idi. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-nə qədər artırılır. Lakin, bu hərracda 50% artım olub.
Öncəki hərracda 200 milyon manat təklifə 642.32 milyon manat tələb olmuşdu.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5543 (5.76%), orta ölçülmüş qiyməti isə 99.5543 (5.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon manat təşkil etmişdir.
Notların ödəmə tarixi 31 mart 2021-ci ildir.
Xatırladaq ki, AMB-nin qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!