AMB və BVF əməkdaşlığın cari vəziyyətini və gələcək istiqamətlərini müzakirə edib | Banco.az

AMB və BVF əməkdaşlığın cari vəziyyətini və gələcək istiqamətlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (BVF) əməkdaşlığın cari vəziyyətini və gələcək istiqamətlərini müzakirə edib.

Bunu AMB-nin sədri Taleh Kazımov Twitter səhifəsində yazıb.

"Bu gün ölkəmizdə səfərdə olan BVF-in Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Görüş zamanı əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi apardıq. Görüşdə həmçinin IMF-in Maddələr Sazişinin 4-cü maddəsi üzrə məsləhətləşmələrə hazırlıq çərçivəsində görüləcək işlər, Azərbaycanın gələcək inkişafı üçün BVF-in dəstək proqramları ətafında müzakirələr apardıq", - deyə o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et