AMB valyuta hərraclarının sayını azaldıb | Banco.az

AMB valyuta hərraclarının sayını azaldıb

Azərbaycan Mərkəzi Bankı (AMB) həftə ərzində keçirdiyi valyuta hərraclarının sayını 3-dən 2-yə endirib. 

Bank dairələrindən alınan məlumata əsasən, indiyədək həftənin I, III və V günlər keçirilən valyuta hərracları bu həftədən etibarən iki dəfə - II və IV günlər təşkil olunacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, AMB depozit hərraclarının sayı həftədə 2 dəfəyə çatdırılıb. Belə ki, əvvəllər yalnız I günlər keçirilən hərraclar artıq III günlərdə təşkil ediləcək.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et