AMB-nin informasiya təhlükəsizliyinə xərclədiyi vəsait məlum olub | Banco.az

AMB-nin informasiya təhlükəsizliyinə xərclədiyi vəsait məlum olub

Azərbaycan Mərkəzi Bankı 2,022 milyon manatlıq iki tenderin qalibini açıqlayıb.

Dövlət satınalmalarının vahid internet portalının məlumatlarına əsasən, Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) və Ani Ödənişlər Sistemində (AÖS) istifadə olunan Oracle VBİS lisenziyalarının dəstəklənməsi xidmətinin satın alınması ilə bağlı "SİNAM" MMC, informasiya təhlükəsizliyi sistemlərinin lisenziyalarının 1 il müddətinə uzadılması və dəstəklənməsi xidməti üzrə isə "SMARTIT" MMC şirkəti ilə müqavilə imzalanıb. Müvafiq olaraq şirkətlərə müqavilə üzrə 795,9 min manat və 1,226 milyon manat ödənilib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram