AMB: "Maliyyə sektorunda risklərin idarə edilməsində kibertəhlükəsizlik kənarda qalır" | Banco.az

AMB: "Maliyyə sektorunda risklərin idarə edilməsində kibertəhlükəsizlik kənarda qalır"

Azərbaycanın maliyyə institutlarında risklərin idarə edilməsində kibertəhlükəsizlik məsələləri kənarda qalır.

Bunu Azərbaycan Mərkəzi Bankın informasiya və kibertəhlükəsizlik şöbəsinin müdiri Elvin Şahverdiyev deyib.

O qeyd edib ki, AMB-nin ötən ay qəbul etdiyi “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası”nda qoyulmuş tələblər bəzi tədbirlərin görülməsini nəzərdə tutur: "Həmin tədbirlərin çoxu icrası nəzərdə tutulan strateji hədəflərdir. Məsələn, 2023-2024-cü illərin hədəfi maliyyə yetkinliyi səviyyəsinin qiymətləndirilməsidir. 2023-2026-cı illərdə isə hədəf maliyyə bazarları üzrə CERT-in (kompüter insidentlərinə qarşı mübarizə mərkəzi) formalaşmasıdır. Söhbət əsasən əsasən sahəvi CERT-lərin formalaşmasından gedir. Biz Sinqapur təcrübəsinə baxdıqda görürük ki, onlarda hər bir maliyyə resursunda milli CERT olmasına baxmayaraq, hər biri özlərinin sahəvi CERT-ini formalaşdırıb. Bu təcrübəni Azərbaycanda da tətbiq etmək istəyirik. Ölkədə bir neçə milli CERT fəaliyyət göstərir və AMB olaraq biz maliyyə sektoru üzrə sahəvi CERT-in formalaşdırılmasını, milli CERT-lərlə sıx əməkdaşlığın aparılmasını hədəfləyirik. 2-ci hədəfimiz isə maliyyə bazarında risklərin idarə edilməsinin gücləndirilməsidir. Bu, kibertəhlükəsizliyin, əhatə olunduğu risklərin idarə olunması çərçivəsində formalaşmasıdır".

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et