Azərbaycan Mərkəzi Bankı (AMB) “CPM-İnvest İnvestisiya Şirkəti” QSC və “Troni İnvestisiya Şirkəti” QSC-yə icrası məcburi göstəriş verib.
Bu barədə AMB xəbər verir.
Məlumata görə, AMB tərəfindən aparılmış tematik yoxlamalar çərçivəsində “CPM-İnvest İnvestisiya Şirkəti” QSC və “Troni İnvestisiya Şirkəti” QSC tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə İnvestisiya şirkətlərinə xəbərdarlıq edilib və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.