Bu ilin I rübündə Azərbaycana xaricdən 229,5 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 112,7 milyon ABŞ dolları pul köçürülüb.
Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
O qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (85,6 milyon ABŞ dolları), Türkiyə (39,6 milyon ABŞ dolları), ABŞ (23,3 milyon ABŞ dolları), Böyük Britaniyadan (8,8 milyon ABŞ dolları) və Birləşmiş Ərəb Əmirliklərindən (7,8 milyon ABŞ dolları) daxil olub.
"Ölkəyə daxil olan pul baratları ötən ilin eyni dövrünə nisbətən təxminən 28 % azalıb. Aydındır ki, bu da Rusiyadan daxilolmaların azalması ilə bağlıdır", - deyə AMB rəsmisi əlabə edib.
Bundan başqa, onun sözlərinə görə, rüb ərzində ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (32,4 milyon ABŞ dolları), ABŞ (18,8 milyon ABŞ dolları), Rusiya (9,5 milyon ABŞ dolları), Gürcüstan (7 milyon ABŞ dolları) və Birləşmiş Krallıq (28 milyon ABŞ dolları) qərarlaşıb.
report