AMB: "I rübdə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib" | Banco.az

AMB: "I rübdə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib"

Bu ilin I rübündə Azərbaycanda istehlak və ipoteka kreditlərinə tələb yüksəlib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.

Tələbin artımının əsas drayverləri daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri, habelə, rəqəmsallaşma olub. I rübdə əhalinin borclanmasının banklar tərəfindən qiymətləndirilməsinə əsasən əhalinin borclanma səviyyəsində artım müşahidə edilib. Belə ki, sorğuya əsasən 42 % bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsə də, 54 % bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4 % bank isə orta dərəcədə azalma olduğunu bildirib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et