Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
AMB-yə istinadən xəbər verilir ki, hərracda 200 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan çox 3,2 dəfə çox- 636,1 mln. manat təşkil edib.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.
Mənbə: Report.az