AMB banklara dividend ödənişlərini bu tarixədək təxirə salmağı tövsiyə edib | Banco.az

AMB banklara dividend ödənişlərini bu tarixədək təxirə salmağı tövsiyə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsinə dəstək alətlərinin qüvvədə olma müddətini 1 iyul 2021-ci il tarixinə qədər uzadıb.

Bu barədə AMB-dən məlumat verilib.

Daha əvvəl bu alətlərin 1 aprel 2021-ci ilə qədər tətbiq edilməsi planlaşdırılmışdı.

Alətlər sistem əhəmiyyətli bankların və digər bankların məcmu kapitalın adekvatlıq əmsalı tələbinin azaldılmasını (müvafiq olaraq 11%-dən və 9%-dən az) nəzərdə tutur. Kontr-tsiklik kapital buferi 0,5%-dən 0%-ə qədər azaldılır. Eyni zamanda, istehlak kreditləri üzrə əlavə kapital tələbləri də təxirə salınır.

Bundan başqa, bankların öz vəsaitləri hesabına verilən ipoteka kreditlərinin risk əmsalı 100%-dən 50%-ə endirilir.

AMB, həmçinin banklara ötən illərin yekunları üzrə dividendlərin ödənilməsini 1 iyul 2021-ci il tarixinə qədər təxirə salmağı tövsiyə edir.

Ən sərfəli kredit üçün müraciət et

İnterfaks

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et