Amazon şirkətinin təsisçisi Ceff Bezos ötən gecə dünyanın ən zəngin insanı titulunu itirib.
“Amazon”un dünən nəşr etdiyi rüblük hesabat investorları məyus edib. Belə ki, 2019-cu ilin üçüncü rübündə şirkətin xalis mənfəəti 26% azalıb. Qeyd edək ki, keçən il 2,88 milyard dollar olan xalis mənfəət hal-hazırda 2,13 milyard dollar təşkil edir.
Həmçinin oxu: “Amazon” işdən çıxmaq istəyən əməkdaşlara 5000 dollar verir
Şirkətin kotirovkasının düşməsi nəticəsində səhmlər 7% ucuzlaşıb. “Amazon”un 57,6 milyon səhminin sahibi Ceff Bezosun sərvəti isə 6,9 milyard dollar azalıb. CNBC vurğulayır ki, əgər kotirovkaların düşməsi davam edərsə, Bezos dünyanın ən zəngin insanları reytinqindəki yerini “Microsoft”un həmtəsisçisi Bill Qeytsin xeyrinə tərk edəcək.
Nigar Umaxanlı, Finco.az