Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada evlərin qiyməti cari ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz azalıb.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) mənzillərin qiyməti ilə bağlı 2024-cü ilin birinci rübünün məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, yanvar-mart dövründə ölkədə mənzillərin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz azalıb. Ötən ilin son rübü ilə müqayisədə isə qiymətlər 1,1 faiz ucuzlaşıb.
Almaniyada mənzillərin qiymətinin 2022-ci ilin yazında pik həddə çatdıqdan sonra ardıcıl altı rüb ərzində davamlı şəkildə uculaşması diqqət çəkib.
Berlin, Hamburq, Münhen, Köln, Frankfurt, Ştutqart və Düsseldorfda mənzillərin qiyməti 4,6 faiz, bağlı evlərin qiyməti isə 9,7 faiz ucuzlaşıb.
Almaniyada mənzil qiymətlərinin aşağı düşməsinin əsas səbəbi kimi artan maliyyə xərcləri, enerji transformasiyası və davamlı yüksək inflyasiya səbəbindən satınalma gücünün hələ də aşağı olması göstərilir.
Bizi sosial şəbəkələrdən izləyin!!