Almaniyada istehsalçı inflyasiyası 9 ayın ən aşağı səviyyəsindədir | Banco.az

Almaniyada istehsalçı inflyasiyası 9 ayın ən aşağı səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya Federal Statistika İdarəsi (Destatis) noyabr ayı üzrə İstehsalçı Qiymətləri İndeksi (PPI) məlumatlarını açıqlayıb.

Banco.az xəbər verir ki, Almaniyada İstehsalçı Qiymətləri İndeksi (PPI) noyabrda aylıq 3,9 faiz azalaraq proqnozları üstələyib. Belə ki, analitiklər noyabr üçün 1,7 faiz azalma proqnozlaşdırmışdılar.

Bu da Avropanın ən böyük iqtisadiyyatında enerji xərclərinin azalması ilə hiperinflyasiyanın azala biləcəyinə işarədir.

Federal Statistika İdarəsinin məlumatlarına görə, Almaniyada PPI sözügedən dövrdə illik nisbətdə isə 28,2 artıb. Analitiklər noyabr ayı üçün illik 31,1 faiz artım proqnozlaşdırmışdılar.

Qeyd edək ki, noyabrda qeydə alınan 28,2 faizlik illik istehsalçı inflyasiyası fevral ayından bəri ən aşağı illik inflyasiya olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram