Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada investorların iqtisadiyyata inamı dekabr ayında da artıb.
Banco.az xəbər verir ki, Almaniyada investor inamı beşinci ayda da təəccüblü şəkildə yüksələrək Avropanın ən böyük iqtisadiyyatının sabitləşməyə başladığına dair ümidləri artırıb.
Almaniyada ZEW proqnoz indeksi dekabrda 3 bənd artaraq 9,8 punktdan 12,8 punkta yüksəlib. İqtisadçılar bu göstəricinin 9,5 punkt olacağını düşünürdülər.
Cari şərtlər indeksi də mənfi 79,8-dən mənfi 77,1-ə yüksəlib.
“Büdcə böhranına baxmayaraq, iqtisadi gözləntilər bir qədər artıb. Avropa Mərkəzi Bankının (ECB) orta müddətli faiz endirimi gözləntilərinin artması canlanmada təsirli olub”, - bu sözləri “ZEW” prezidenti Ahim Vambax deyib.
Qeyd edək ki, üçüncü rübdə daralmış Almaniya iqtisadiyyatının pandemiyadan sonra ilk dəfə tənəzzülə girəcəyi gözlənilir. Bununla yanaşı, “Bundesbank” (Almaniya Mərkəzi Bankı) ev təsərrüfatlarının gəlirlərinin bərpası və istehsal sektorunda perspektivlərin yaxşılaşması ilə artımın gələn il başlayacağı ilə bağlı proqnozunu bölüşmüşdü.
Bizi sosial şəbəkələrdən izləyin!!