Almaniyada ikili vətəndaşlıq qanunu parlamentdə təsdiqlənib | Banco.az

Almaniyada ikili vətəndaşlıq qanunu parlamentdə təsdiqlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada ikili vətəndaşlığı asanlaşdıran qanun Federal Dövlət Nümayəndələr Palatası (Bundesrat) tərəfindən də qəbul edilib.

Banco.az xəbər verir ki, Federal Dövlət Nümayəndələr Palatasının (Bundesrat) verdiyi açıqlamaya görə, yanvarın 19-da Federal Məclis (Bundestaq) tərəfindən qəbul edilən “Vətəndaşlıq Məcəlləsinin modernləşdirilməsi haqqında qanun” Federal Dövlət Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.

Bu mərhələdən sonra qanun imzalanması üçün prezident Frank-Valter Ştaynmayerə təqdim olunacaq.

Bəs yeni qanun nəyi ehtiva edir?

Belə ki, Almaniya vətəndaşlığını almaq üçün tələb olunan qanuni yaşayış müddəti 8 ildən 5 ilə endiriləcək.

Almaniya vətəndaşlığını əldə etmək istəyən şəxsin ölkədəki həyat şəraitinə uyğunlaşmaqda məktəb və ya peşə uğuru qazanması, könüllü iş görməsi və ya dili öyrənmək üçün xüsusi səy göstərməsi hallarında bu müddət 3 ilə endiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram