Almaniyada fabrik və zavod sifarişlərinin azalması narahatlıq doğurur | Banco.az

Almaniyada fabrik və zavod sifarişlərinin azalması narahatlıq doğurur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın fabrik və zavod sifarişləri iqtisadiyyata dair narahatlıqları artırıb.

Banco.az xəbər verir ki, ilin ilk rübündə tənəzzülə daxil olan Almaniya iqtisadiyyatında ikinci rübə dair ilkin məlumatlar xüsusilə sənaye sektorunda zəifliyin davam etdiyini göstərir.

Belə ki, aprel ayı ərzində ölkədə fabrik və zavod sifarişləri əvvəlki aya nəzərən 0,4 faiz azalıb. İqtisadçılar isə sifarişlərin 2,8 faiz artacağını gözləyirdilər.

Fabrik-zavod sifarişləri illik əsasda da 9,9 faiz azalıb ki, bu baxımdan proqnozlar 8,4 azalma istiqamətində idi.

Qeyd edək ki, sözügedən dövrdə sifarişlərin azalmasında, xüsusilə iri miqyaslı sifarişlərin azalmasının təsirli olduğu müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et