Almaniyada elektrik enerjisi istehsalçıları yeni vergi ilə üzləşə bilər | Banco.az

Almaniyada elektrik enerjisi istehsalçıları yeni vergi ilə üzləşə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada enerji istehsalçılarına yeni gözlənilməz vergi tətbiq edilə bilər.

Banco.az xəbər verir ki, alman hökuməti istehlakçılara yardım paketi üçün maliyyə mənbəyi axtarışında yeni addım atmağa hazırlaşır. 

Belə ki, hökumət bəzi təmiz enerji istehsalçılarının istehsal etdiyi günəş, dəniz küləyi və nüvə enerjisi üçün meqavat/saat üzrə 130 avrodan çox qazancın 90 faizini vergiyə cəlb etməyi planlaşdırır.

Elektrik istehsalçılarına tətbiq edilməsi nəzərdə tutulan bu gözlənilməz verginin miqdarı onların istifadə etdikləri yanacağa görə dəyişəcək. Liqnit fabrikləri hər meqavat/saat üçün 52 avrodan çox, neft zavodları isə 28 avrodan çox qazanca görə vergiyə cəlb ediləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Tədbirlər 10 ay müddətində qüvvədə olacaq və 2023-cü ilin iyun ayının sonuna, hətta 2024-cü ilin sonuna qədər qüvvədə qala bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et