Almaniya üçüncü ölkələrə səyahət məhdudiyyətlərini bu şərtlə ləğv etdi | Banco.az

Almaniya üçüncü ölkələrə səyahət məhdudiyyətlərini bu şərtlə ləğv etdi

Tamara Mustafayeva, Banco.az

Almaniya 25 iyun tarixindən etibarən turistik səfərlər və ziyarətlərlə bağlı üçüncü ölkələrə tətbiq edilən məhdudiyyətləri yumşaldacaq.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Almaniya Daxili İşlər Nazirliyindən edilən yazılı açıqlamaya görə, Avropa İttifaqı xaricindəki ölkələrdə yaşayanlardan Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiq edilən peyvəndləri vurduranlar Almaniyaya səfər edə biləcəklər.

Bu qərara görə, turistlər Almaniyaya daxil olarkən ən azı 14 gün əvvəl peyvənd olunduqlarına dair müvafiq ölkənin rəsmi sənədini təhvil verməli olacaqlar.

Qeyd edək ki, koronavirusun mutasiyaya uğramış versiyalarına rast gəlinən bölgə və ölkələrə isə əvvəlki məhdudiyyətlər tətbiq edilməkdə davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et