Müəllif:Ayşən İmanova/Banco.az
Almaniya Suriyaya 50 milyon avro məbləğində əlavə humanitar yardım ayıracaq.
Banco.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində nəlumat yayıb.
"Biz keçid dövründə mülki əhaliyə əlavə 50 milyon avro humanitar yardım göstəririk. Bu, Suriyadakı vəziyyəti sabitləşdirmək, Almaniyada və Avropada öz təhlükəsizliyimizi təmin etmək məqsədinə xidmət edir”, - bəyanatda deyilir.
Qeyd edilib ki, keçmiş prezident Bəşər Əsədin tərəfdarlarına qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalmalıdır, lakin mülki əhalinin təcili yardıma ehtiyacı var. Bu, infrastrukturun bərpası, enerji və maliyyə ehtiyaclarını qarşılamaq məqsədini daşıyır.