Müəllif Aida İsaq, Banco.az
Almaniya qaz çatışmazlığının qarşısını ala bilmək üçün bu qış üç şərtə əməl etməlidir. Banco.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Şəbəkə Agentliyinin gündəlik hesabatında bildirilir.
- Qaz istehlakının 20% azaldılması təklif olunur
- LNG terminalları ilin sonuna kimi fəaliyyətə başlamalıdır
- Qışla əlaqədar idxalın azalması və ixracın artması stabil səviyyədə qalmalıdır
Tənzimləyici qurum həmçinin ölkənin enerji sektorundakı vəziyyəti gərgin adlandırıb. Eyni zamanda vəziyyətin daha da pisləşməsi ilə bağlı riskləri xatırladıb. “Hazırda qaz təchizatı stabildir. Enerji təhlükəsizliyi təmin edilir” deyə məlumatda bildirilir.
Oktyabrın 2-də Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller “Frankfurter Allgemeine” qəzetinə müsahibəsində Almaniyanın şəxsi ev təsərrüfatlarının yanacağa qənaət etməkdən imtina etməsi səbəbindən ölkədə tezliklə qaz çatışmazlığı ilə üzləşəcəyini proqnozlaşdırıb. O vurğulayıb ki, istehlakçılar indi ötən illə müqayisədə 15%-dən çox yanacaq istifadə edirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!