Almaniya mərkəzi bankı ölkənin tənəzzülə girə biləcəyini iddia edir | Banco.az

Almaniya mərkəzi bankı ölkənin tənəzzülə girə biləcəyini iddia edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Bundesbank” tariflərlə bağlı xəbərdarlıq edir: Almaniya tənəzzülə girə bilər

Banco.az xəbər verir ki, Almaniya Mərkəzi Bankının (Bundesbank) prezidenti Yoahim Naqel İngiltərənin BBC yayım qurumuna verdiyi müsahibədə Avropa İttifaqının (Aİ) ABŞ-ın 2 aprel tarixində ittifaqın polad və alüminiumuna tətbiq etməyi planlaşdırdığı gömrük rüsumlarına cavab verməkdə haqlı olduğunu vurğulayıb.

Qlobal ticarət müharibəsinin bütün tərəflər üçün mənfi nəticələr doğurduğunu bildirən Naqel belə bir müharibənin ittifaqın ən böyük iqtisadiyyatı olan Almaniyanı bu il tənəzzülə sürükləyə biləcəyini qeyd edib.

Naqel, “Gömrük rüsumlarının olduğu bir dünyada yaşayırıq, buna görə də əgər bu rüsumlar həqiqətən tətbiq olunarsa, bu il iqtisadi durğunluq gözləyə bilərik”, ifadəsini işlədib.

Almaniyanın "Avropanın xəstə adamı" olduğu iddialarını rədd edən Naqel Almaniya iqtisadiyyatının təməlinin möhkəm olduğunu və ölkədə güclü şirkətlərin fəaliyyət göstərdiyini bildirib.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp avtomobillər başda olmaqla Avropa İttifaqından idxal edilən digər mallara da gömrük vergiləri tətbiq etməklə hədələyib, lakin hələlik heç bir gömrük vergisi tətbiq etməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram