Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya Mərkəzi Bankı (Bundesbank) ölkə iqtisadiyyatı üzrə pessimist proqnoz verib.
Banco.az xəbər verir ki, Bundesbank tərəfindən Almaniya iqtisadiyyatı ilə bağlı fikirlərin qeyd edildiyi hesabatda qlobal tələbin zəif olaraq qalması və yüksək faiz dərəcələri səbəbiylə iqtisadiyyatın bu rübdə də durğunlaşacağına dair mülahizələrə yer verilib.
Alman iqtisadiyyatının “zəif fazada” qalmağa davam etdiyi vurğulanan hesabatda 2023-cü ilin üçüncü rübündə də iqtisadi artımın əsasən dəyişməz qalacağı proqnozlaşdırılıb.
Xatırladaq ki, Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniya cari ilin ilk rübündə ikinci dəfə rüblük əsasda daralama yaşayaraq tənəzzülə girmiş, ikinci rübdə isə stabilliyini saxlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!