Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya iqtisadiyyatının 2024-cü ildə daralması gözlənilir.
Banco.az xəbər verir ki, Almaniya iqtisadiyyatı üçün mənfi proqnozlar irəli sürülməkdə davam edir.
“Bloomberg”in keçirdiyi sorğuda iştirak edən iqtisadçılar proqnozlarını azalan istiqamətdə dəyişiblər. Sorğuya əsasən, ilin üçüncü rübündə ümumi daxili məhsulun (ÜDM) 0,1 faiz azalması gözlənilir.
Qeyd edək ki, əvvəlki rüblə müqayisədə investisiyaların azalması səbəbindən ölkə iqtisadiyyatı ikinci rübdə 0,1 faiz azalıb.
Almaniya hökuməti də ötən həftə bu il üçün 0,3 faizlik artım proqnozunu 0,2 faiz azalma ilə əvəz ediblər.
Beləliklə, Almaniya iqtisadiyyatındakı problemlər yenidən diqqət mərkəzindədir. Zəiflik əsasən Rusiyanın enerji təchizatının kəsilməsi, Çindən ixrac tələbinin məyusluq yaratması, avtomobil istehsalçıları arasında problemlər və ixtisaslı işçi çatışmazlığı ilə bağlıdır.
Xatırladaq ki, 2024-cü ildə gözlənilən daralma 1990-cı ildə Qərbi və Şərqi Almaniyanın yenidən birləşməsindən sonra ÜDM-in ardıcıl ikinci daralması deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!