Almaniya əhalisi təbii qaz sərfiyyatına daha çox qənaət etməyə çağrılıb | Banco.az

Almaniya əhalisi təbii qaz sərfiyyatına daha çox qənaət etməyə çağrılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada əhalidən təbii qaza daha çox qənaət etmək tələb olunur.

Banco.az xəbər verir ki, Almaniyada enerji bazarını tənzimləyən Federal Şəbəkə Agentliyinin (Bundesnetzagentur) rəhbəri Klaus Müller təbii qazdan istifadədə daha çox qənaət etməyə çağırıb.

Müller yerli qəzetlərdən birinə verdiyi açıqlamada qarşıdakı aylarda problem yaşanmaması üçün qənaətin 20 faizə çatdırılmasının zəruriliyini vurğulayaraq məsələni belə qiymətləndirib:

“Hazırda ümumi qənaət cəmi 13 faizdir. Əgər bu, normadan kənarda qalsa, hələ narahat olmağa dəyməz. Amma hava bir neçə gün soyuq keçəcək. Odur ki, qənaət tədbirlərini yumşaltmamağımız və qış boyu davam etməyimiz vacibdir.”

Xatırladaq ki, Almaniyanın Rusiya təbii qazının əsas mənbəyi olan “Şimal axını 1” boru kəməri sentyabr ayında baş verən partlayışdan sonra xəsarət alıb. Hazırda ölkə Rusiyadan təbii qaz idxal etmir ki, Ukraynada müharibə başlamazdan əvvəl Rusiya Almaniyanın təbii qaza olan tələbatının 55 faizini təmin edirdi. Bu da, qənaət tədbirlərini və mümkün təbii qaz böhranını təəccüblü etmir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et