Almaniya dərin durğunluqdan yayınmaq üçün təşviq paketi hazırlayır | Banco.az

Almaniya dərin durğunluqdan yayınmaq üçün təşviq paketi hazırlayır

Mövzu haqqında məlumata malik iki mənbəyə görə, Almaniya hökuməti, dərin bir durğunluqdan yayınmaq üçün maliyyə təşviq tədbirləri hazırlayır.

Hökumət, Avropanın ən böyük iqtisadiyyatını dəstəkləmək üçün hərəkətə keçib.

Mənbələr, bu proqramın, böyük bir işsizliyin qarşısını almaq üçün iqtisadiyyatı və istehlakçı xərclərini dəstəkləmək məqsədilə hazırlanacağını qeyd ediblər.

Almaniyanın Maliyyə naziri Olaf Scholz, Bazar günü etdiyi açıqlamada, hökumətin iqtisadi böhran vəziyyətində 50 milyard avroluq (55 milyard dollar) əlavə xərcləmə etməyi düşündüyünü bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Keçən həftə, kansler Angela Merkel, iqtisadiyyatın "çətin bir mərhələyə doğru irəlilədiyini" və hökumətinin "vəziyyətə bağlı olaraq" reaksiya verəcəyini söyləmişdi.

Xəbər verdiyimiz kimi, Almaniya mərkəzi bankı Bundesbank, Bazar ertəsi günü yaydığı aylıq hesabatında, iqtisadiyyatın durğunluğa girə biləcəyi xəbərdarlığını edib.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et