Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır.
Banco.az xəbər verir ki, Almaniya müdafiə, enerji və kritik xammallar kimi strateji sahələrin təhlükəsizliyini təmin etmək məqsədilə “Deutschlandfonds” adlı 100 milyard avroluq investisiya fondu yaratmağa hazırlaşır.
Bu investisiya aləti hökumət vəsaitlərini artırmaq məqsədilə, o cümlədən beynəlxalq investorları — risk sərmayəçiləri və ailə ofislərini — cəlb etmək üçün hazırlanacaq.
Almaniya İqtisadiyyat Nazirliyinin Bloomberg-ə verdiyi açıqlamaya görə, fond ilkin mərhələdə ən azı 10 milyard avro dəyərində dövlət vəsaiti ilə dəstəklənəcək və bunun müqabilində 10 dəfə artıq özəl kapitalın hərəkətə keçirilməsi hədəflənir.
Nazirlik Bloomberg-in suallarına cavab olaraq bildirib ki, bu fond Alman və Avropa investorları ilə əməkdaşlıq çərçivəsində artım, innovasiya və rəqabət qabiliyyətinə sərmayə qoymaq üçün istifadə olunacaq. Nazirlik, həmçinin qeyd edib ki, özəl kapital böyük iqtisadi çətinliklərin öhdəsindən gəlmək üçün vacib bir rıçaqdır.
Bizi sosial şəbəkələrdən izləyin!!