Müəllif - Aida İsaq, Banco.az
Almaniyalı mütəxəssis Andrea Mocellin “Exo-Line” adlı yeni modelini təqdim edib.
Banco.az xəbər verir ki, model vizual olaraq skuterin fərqli versiyasına bənzəyir. “Exo-Line”nı sürmək üçün onun üzərində önə əyilmiş formada dayanmaq, ayaqlarınızı arxa hissədə saxlamaq və əllərinizlə iki ön təkərin tutacaqlarından tutmaq tələb olunur. Üz tutduğunuz ünvana çatdığınız zaman cihaz qatlana və bel çantası kimi kürəyinizə taxıla bilər.
Mühərrikin sürəti, qiyməti və digər detalları ilə bağlı təfərrüatları açıqlanmayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!