Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyanın investisiya bankı “Deutsche Bank” İngiltərədə yerləşən korporativ broker və konsaltinq şirkəti “Numis”i satın alıb.
Banco.az xəbər verir ki, “Deutsche Bank”dan yayılan bəyanata görə, bank Böyük Britaniya və İrlandiyadakı korporativ maliyyə fəaliyyətini Numis ilə birləşdirəcək.
Müqavilə çərçivəsində “Numis”in səhmdarlarına hər səhm üçün 350 penni olmaqla ümumilikdə 410 milyon funt-sterlinq ödəniləcək.
410 milyon funt-sterlinq (512 milyon dollar) dəyərindəki alqı-satqı prosesinin bu ilin son rübündə başa çatdırılması gözlənilir.
Xatırladaq ki, “Numis” şirkəti FTSE 350 indeksinin 20 faizini təmsil edən 64 müştəri də daxil olmaqla 166 müştəriyə strateji məsləhət və korporativ brokerlik xidmətləri göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!