"Alibaba"nın səhmləri ucuzlaşaraq pandemiyanın ən aşağı səviyyəsinə çatdı | Banco.az

"Alibaba"nın səhmləri ucuzlaşaraq pandemiyanın ən aşağı səviyyəsinə çatdı

Tamara Mustafayeva, Banco.az

"Alibaba" şirkətinin səhmləri pandemiya dövrünün minimumuna geriləyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, e-ticarət nəhəngi "Alibaba"nın səhmləri Çin hökumətinin texnologiya şirkətlərinə tətbiq etdiyi yeni tənzimləmə mexanizmindən sonra ötən ilin oktyabr ayında qeydə alınan maksimumdan 46% geriləməklə pandemiya dövrünün ən aşağı səviyyəsinə çatıb. Belə ki, şirkət səhmləri bu gün 4,3% ucuzlaşmaqla ümumilikdə pandemiyanın minimumuna enib.

Xatırladaq ki, hökumətin texnologiya şirkətlərinə qarşı həyata keçirdiyi yeni tənzimləmə mexanizmi səbəbindən yerli şirkətlərin bazar dəyərində qlobal miqyasda 1 trilyon dollar itki qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et