"Alibaba" şirkəti kriptovalyutalarla bağlı qərarını AÇIQLADI | Banco.az

"Alibaba" şirkəti kriptovalyutalarla bağlı qərarını AÇIQLADI

Tamara Mustafayeva, Banco.az

Çin hökumətinin bir neçə gün əvvəl kriptovalyutalar üzrə əməliyyatları qadağan etməsindən sonra e-ticarət nəhəngi "Alibaba" məsələ ilə bağlı açıqlama edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çinin e-ticarət şirkəti "Alibaba" Mərkəzi Bankın qərarına riayət etmək üçün 8 oktyabr tarixindən etibarən kriptovalyuta mayninqi ilə bağlı avadanlıqların satışını dayandıracaq.

Şirkət "istehlakçı elektronikası" bölməsindəki "Blokçeyn Mayninqi Aksesuarları və Blokçeyn Maynerləri" kateqoriyasını deaktiv edəcəyini də bildirib.

Qeyd edək ki, e-ticarət nəhəngi açıqlamasında, "Hər bir ölkədə baş verən siyasət dəyişikliklərini yaxından izləyəcək və nəzarət mexanizmlərimizi buna görə tənzimləyəcəyik", deyə vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram