Alibaba bu şirkəti 3,6 milyard dollara satın aldı | Banco.az

Alibaba bu şirkəti 3,6 milyard dollara satın aldı

Tamara Mustafayeva, Banco.az

Alibaba Çinin ən böyük supermarket şəbəkələrindən biri olan Sun Art-a məxsus əksər səhmləri təqribən 3,6 milyard dollara satın alacağını açıqlayıb. Alqı-satqı prosesi başa çatdıqdan sonra Alibaba Group Sun Art şirkətinin 72%-nə sahib olacaq.

Digər ölkələrdə olduğu kimi koronavirus pandemiyası Çindəki onlayn yemək sifarişlərinə də tələbi artırıb və mağazadan alış-veriş edən müştərilərin də vərdişlərini dəyişdirib. Sərt karantin rejimi ləğv edilsə də, əksər insanlar internet vasitəsilə alış-veriş etməyə üstünlük verirlər. E-ticarət nəhəngi Alibaba şirkətinin Sun Art şirkətinə yeni sərmayə qoyuluşu Fransanın Auchan Retail International firmasına məxsus A-RT Retail Holdings-in 70,94%-lik səhmini satın almaqla həyata keçiriləcək. Qeyd edək ki, hazırda A-RT Retail Sun Art şirkətinin 51%-lik səhmlərini özündə saxlayır. Sun Art CEO-su Peter Huang isə idarə heyətinin yeni sədri seçilib.

Sun Art şirkətinin Çindəki 484 pərakəndə satış nöqtəsi market alış-verişləri üçün Alibaba şirkətinin Taoxianda və Tmall supermarket platformalarına, yemək sifarişi Ele.me platformasına, logistika xidmətləri isə Cainia-ya inteqrasiya ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Alibaba-nın təsisçisi milyard dollar dəyərindəki səhmlərini satdı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et