Alibaba-nın təsisçisi milyard dollar dəyərindəki səhmlərini satdı | Banco.az

Alibaba-nın təsisçisi milyard dollar dəyərindəki səhmlərini satdı

Tamara Mustafayeva, Banco.az

Çinin e-ticarət nəhəngi Alibaba şirkətinin təsisçisi Cek Ma milyardlarla dollar dəyərindəki Alibaba səhmlərini nağda çevirib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən satış əməliyyatından sonra Cek Ma-nın Alibaba şirkətindəki səhmlərinin nisbəti 6.2%-dən 4.8%-ə düşüb. Eyni xəbərdə qeyd edilir ki, 55 yaşlı iş adamı bu satışdan 8.2 milyard dollar əldə edib.

Xatırladaq ki, e-ticarət nəhənginin təsisçisi Cek Ma ötən il şirkətin İdarə Heyətinin Sərdliyindən istefa etdiyini açıqlamışdı.

Həmçinin oxu: Bill Qeyts, Cek Ma və Elon Maskın istifadə etdikləri 5 saat prinsipi

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et