Ali Məhkəmə "United Credit Bank"ın əleyhinə qərar verib | Banco.az

Ali Məhkəmə "United Credit Bank"ın əleyhinə qərar verib

Maliyyə Bazarlarına Nəzarət Palatası lisenziyası ləğv olunmuş "United Credit Bank" ASC ("UCB") ilə bağlı Ali Məhkəmənin qərarını bu həftə əldə edib. 

Bu barədə Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib. 

Onun sözlərinə görə, gələn həftə banka ləğvedicinin təyin edilməsi nəzərdə tutulub. 

Xatırladaq ki, "UCB"-nin lisenziyasını ötən ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankı ləğv edib. Bundan təxminən 1 ay sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Bankı müflis elan edərək “Azerbaijan International Legal Company” MMC-ni onun ləğvedicisi təyin edib. Bununla belə, məcburi ləğvetmə prosesinə başlanılmayıb. Çünki "UCB" məhkəmə qərarı ilə razılaşmayaraq qərardan apellyasiya şikayəti verib. Amma Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Bundan sonra isə "UCB"-nin sahibləri Ali Məhkəməyə üz tutublar.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az