Albert Eynşteynin Atatürkə yazdığı qürurverici məktubun hekayəsi! | Banco.az

Albert Eynşteynin Atatürkə yazdığı qürurverici məktubun hekayəsi!

Tarixin ən dahi insanı olan Albert Eynşteynin 1930-cu illərdə Atatürkə məktub yazdığını bilirdinizmi?, gəlin o məktubu daha yaxından incələyək. 

Həmin illərdə Eynşteyn Alman universiteti olan Berlin universitetində dərs deyirdi, amma alman hökümətinin işlərini daha da çətinləşdirdiyini görüb Parisə köçməyə məcbur olur. 

Ancaq almaniyada yaşayan yəhudi professorlar təhlükə içində idilər. Bu təcrübəli adamlar sığınacaqları güvənilən bir ölkə axtarırdılar. 

Bu səbəbdən ötrü 1933-cü il 17 sentyabrda Albert Eynşteyn imzası daşıyan bir məktub OSE yəhudi təşkilatı tərəfindən Atatürkə təqdim etmək üçün Türkiyə rəhbərliyinə göndərilir. 

Məktub zati aliləri sözü ilə başlayır və aşağıdakı kimidir.

 

Zati-aliləri,

OSE Dünya Birliyinin şərəf prezidenti olaraq, Almaniyadan 40 professor və həkimin elmi və tibbi işlərinə Türkiyədə davam etmələrinə icazə verməniz üçün  müraciət etməyi sizlərdən xahiş edirəm. Sözügedən insanlar Almaniyada tətbiq olunan qanunlar səbəbindən peşəsini yerinə yetirə bilmirlər. Geniş təcrübə, bilik və imkanları olan bu insanların bir çoxu yeni bir ölkədə yaşayarlarsa, son dərəcə faydalı olacaqlarını isbat edə bilərlər. Əgər ölkənizdə yaşamağa və işləməyə icazə verməniz təqdirdə toplanmış bir çox ərizə arasından seçilən bu 40 ölkənin mütəxəssisi və tanınmış alimləri çoxsaylı müraciətlər arasından sizə təqdim olunacaq.  Bu elm adamları bir il ərzində hökumətin tapşırıqlarına uyğun olaraq heç bir gəlir gözləmədən işləməyə hazırdırlar. Bu məktubu dəstəkləmək üçün ümid edirəm ki, əgər hökumətiniz  xaişimi qəbul etsə, bu  yalnız ona aili savadlı professorlar deyil, həmçinin ölkəyə daha çox gəlir gətirəcəyi qənaətindəyəm. 

Zati-alilərin sadiq buyruqçusu olmaqdan şərəf duyan

Prof. Albert Eynşteyn

Bu məktubu o dövrdə Türkiyə prezidenti olan İsmet İnönü türkiyənin təhsil naziri Reşit Galib Bəyə təqdim edir, amma nəticə ürəkaçan olmur. Eynşteynə belə cavab yazılır.

Hörmətli professor,

İqtidardakı hökumətin siyasəti gərəyi Almaniyada elmi və tibbi işlərini yerinə gətirə bilməyən 40 professor və həkimin Türkiyəyə qəbulunu xaiş edən məktubunuzu qəbul etdim. Bu bəylərin Türkiyədə qaldıqları 1 il ərzində pulsuz işləyəcəklərini qəbul etdiyini oxudum. Təklifiniz çox cəlbedici olmasına baxmayaraq, ölkəmizin qanun və qaydalarına əsasən sizə müsbət cavab verə bilməyəcəm. Hörmətli professor, bildiyiniz kimi, artıq 40-dan çox professor və həkim ölkəmizdə işləyir. Onların əksəriyyəti bənzər bir xarakter və qabiliyyətə sahibdir və eyni siyasi şərait altındadır. Bu professor və həkimlər burada tətbiq olunan qanun və şərtlər əsasında işləməyə razılaşıblar. Hal-hazırda biz müxtəlif mədəniyyətlərdən, dillərdən və mənşələrdən olan üzvlərlə çox həssas bir münasibət qurmağa çalışırıq. Sizə belə cavab verdiyim üçün üzr istəyirik ki, bizdə olan şərtlər səbəbiylə daha çox işçi işə götürə bilmək əlimizdə deyil.

Hörmətli professor,

Arzunuzu yerinə yetirə bilməyəcəyim üçün kədərimi ifadə edirəm, ən yaxşı hisslərinizlə inanmağınzı xahiş edirəm.

İsmet İnönü

Tələbin qəbul edilməsinə baxmayaraq Eynşteynin istədiyi 40 yəhudu həkim və professoru deyil, 140 Alman elm işçisi  təzyiqə baxmayaraq Atatürk sayəsində türkiyəyə gəldi. Atatürk bu elm önəmli insanların gəlməsi şərəfi ilə  Dolmabahçe sarayında ziyafəyə qonaq eləyir, hətta bu ziyafətdə İran Şahının gözünü və dişlərini müalicə edən həkim Joseph Igersheimer  və professor Alfred Kantorowicz da təşrif buyurmuşdu.