Aktivlərin idarə edilməsi nədir? | Banco.az

Aktivlərin idarə edilməsi nədir?

Beynəlxalq  ISO 55000 standartları aktiv idarəetməsini “təşkilatın aktivlərdən dəyər əldə etmək üçün uzlaşdırılmış fəaliyyəti” kimi təsnif edir. Öz növbəsində aktivlər isə belə tərif olunur: “ Aktiv, təşkilat üçün aktual və ya potensial dəyəri olan vahidlərdir”. Əslində bu termin özündə aktivlərin maddi dəyərindən daha çox nüansları ehtiva edir, amma hazırda bir çox şirkətlər öz səylərini məhz maddi aktivlər üzərində fokuslaşdırır.

Aktivlərin idarə edilməsi zamanı, təşkilat  qarşıya qoyduğu məqsədlərə çatmaqdan ötrü, aktivlərdən ən səmərəli şəkildə istifadəyə nail olmalıdır.  Bu isə özündə  aktivlərdən arzu olunan performansa nail olmaq üçün xərclərin, imkanların və risklərin balanslaşdırılmasını tələb edir. Bu balanslaşdırılma müxtəlif zaman kəsimləri üçün nəzərdə tutula bilər. Ümumi məqsədlərdən biri isə aktivlərin bütün həyat tsiklində xərclərini minimallaşdırmaqdır.

Azərbaycan praktikası

Azərbaycan qanunvericiliyinə əsasən, aktivlərin idarə olunması müştəriyə məxsus olub, peşəkar iştirakçının idarəçiliyinə verilmiş qiymətli kağızlar və ya pul vəsaitləri ilə müştərinin mənafeyi üçün və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün qiymətli kağızlar bazarında əməliyyatların aparılması üzrə peşəkar fəaliyyətdir.

Aktivlərin idarə edilməsi - müstəsna predmeti müştəriyə məxsus olub, idarəçiliyə verilmiş pul vəsaitləri, qiymətli kağızlar və qanunvericiliklə müəyyən edilmiş digər əmlakla müştərinin və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün əməliyyatların aparılmasından ibarət olan qiymətli kağızlar bazarında peşəkar fəaliyyətdir. İnvestisiya fondunun idarəçisi müstəsna olaraq aktivlərin idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə xüsusi razılığa (lisenziyaya) malik hüquqi şəxsdir.

Aktivlərin idarə edilməsi

Məşhur Wall Street jurnalı aktivlərin idarə edilməsinə belə tərif verir: Aktivlərin idarəetməsi (Asset management) - maliyyə firması daxilində müştərilərinin aktivlərinin (nağd, investisiya və s) idarəedilməsi ilə məşğul olan xüsusi komandadır. Bu zaman aktivləri idarə edən şirkətin sərəncamında portfel idarəetməsi üzrə ixtisaslaşmış menecerlər, o cümlədən investorların kapitalları ilə bağlı detlallı informasiyaya çıxış olur, bu da onlara hətta investorların üzərində müstəsna hüquq verir.  

Aktivlərin idarəedilməsi xidməti çox zaman yüksək xalis-gəlirli şəxslərə, müstəqil fondlara, təqaüd fondlarına və korporasiyalara təklif olunur. Firma adətən xidmətlərinə görə, ümumi idarə olunan vəsaitlərin müəyyən faizi miqdarında sabit haqq və bəzən qazanılan mənfəətdən müəyyən faizlər əldə edirlər, lakin bu aktivlərin idarəedilməsi fondu ilə hec fondlar arasında sərhədi pozmuş olur.

İnvestisiya şirkətləri və fiziki şəxslər daima öz vəsaitlərinin optimal yerləşdirilməsinə və investisiya risklərinin məhdudlaşdırılmasına çalışırlar. Davamlı olaraq dəyişən iqtisadi şərtlər çərçivəsində dərinləşdirilmiş analitika texnologiyaları olmadan buna nail olmaq çətindir. Investisiyaların idarəetməsinin effektivliyini artırmaq məqsədi ilə müxtəlif aktivlər portfeldə birləşdirilir, bu portfellər qiymətli kağızlardan, valyuta bazarında açıq mövqelərdən, daşınmaz əmlakdan, xammalldan, qiymətli metallardan, maliyyə öhdəliklərindən və s. ibarət ola bilər. Bütün bu aktivlərin işləməsi və pul gətirməsi üçün professional idarəetmə tələb olunur. Bu zaman əsasən aşağıdakı vəzifələrin öhdəsindən gəlmək lazımdır. 

·         Portfeldəki cari elementlərin qiymət dəyişməsini proqnozlaşdırmaq,

·         Portfelə daxil olmaq üzrə olan elementlərin dəyərinin dəyişməsini və risklərini proqnozlaşdırmaq

·         Riskləri ölçmək və proqnozlaşdırmaq: portfel elementləri üzrə, bütünlükdə portfel üzrə

·         Portfelin strukturunu optimallaşdırmaq

Aktivlərin diversifikasiyası

Bir çoxları vəsaitlərini hara yatırmaq məsələsində narahat olurlar, daha doğrusu isə öz sərmayələrinin artacağını və ya əksinə heç bir fayda verməyərək, “batacağını”düşünürlər.

Bazarların çox volatil olması, dünya iqtisadiyyatının isə hələ də qeyri-stabilliyi, bu gün hansı aktivlərin həqiqətən də heç bir narahatlıq doğurmadan gəlir cəlb edə bilməsini başa düşmək çox vacibdir. Özün üçün ən optimal investisiya strategiyasını nece seçəsən?

Maksimal gəlirə nail olmaq və eyni zamanda itkiləri minimuma endirmək üçün, aktivlərin idarəetməsi ilə məşğul olan şirkətlər bir qayda olaraq, müştərilərə balanslaşdırılmış portfelə sahib olmağı məsləhət görürlər.  Bu isə investisiya olunan vəsaitlərin müxtəlif növ aktivlər üzrə yerləşdirilməsini nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

Bank Sinqapurun, investisiya departamentinin direktoru Qautama Krişnanın sözlərinə əsasən, balanslaşdırılmış portfel üzrə orta gəlirlilik  6,8%-ə çatır. Belə göstəricəyə adətən kapitalın 50%-nin daha riskli aktivlərə, məsələn səhmlərə, 50%-nin isə daha az riskli aktivlərə məsələn istiqrazlara investisiya edilməsi sayəsində nail olmaq mümkündür.

Portfelin strukturlaşdırılması zamanı hər bir investisyanın zaman (müddət) miqyası da vacib rol oynayır. “Sərmayə edərkən təkcə həmin investisiya məhsulunun özəlliklərini deyil,  həm də sərmayenin hansı müddətə hesablandığını da nəzərə almaq lazımdır. Məsələn, əgər sizə lazımdrsa ki, müyyən miqdarda dividentləri cəmi bir il sonra, ya üç il sonra əliniza almaq istəyirsiniz, ya 10 il sonra gəlir gətirməsini planlaşdırdığınız yatırım etmək istəyirsiniz?” Krişna deyir.

Nağd pul - ən təhlükəsiz aktiv növü olsa da, eyni zamanda ən az gəlirli aktivdir, bir qayda olaraq, qısamüddətli, az riskli və yalnız faiz şəklində, təvazökar gəlir gətirən yatırımdır.

Nağd pul vəsaitlərinə bank hesablarında olan pullar, həmçinin bank veksellərinə və analoji qısamüddətli qiymətli kağızlara edilən investisiyalar aid edilir. “Ən təhlükəsiz aktiv növü – müddətli depozitdir, yəni götürülməsi müyyən müddətə 1 ay, 6 ay, 1 və ya 3 il - məhdudlaşdırılmış  puldur və bu müddəti siz özünüz seçmisiniz – Krişna bildirir, bir çox müştərilərimiz bizdən xahiş edir ki, onların vəsaitlərini hər hansı bir faiz müqabilində müəyyən müddətə özümüzdə saxlayaq.

Sabit faiz dərəcəli investisiyalar

Orta həlqə investorlarının sevimli aktivi – heç şübhəsiz ki, sabit faiz dərəcəli istiqrazlardır . Onlar itkisiz lakin az gəlirli pul investisiyaları ilə kifayət qədər riskli, lakin yüksək gəlirli qiymətli kağızlar və səhmlər arasında qızıl ortanı təşkil edirlər. İstiqraz alaraq, siz kompaniyanın borcunun bir hissəsini almış olursunuz və o, mütəmadi olaraq, sizə faizlər ödəyir.

Kapitalın idarə edilməsi nöqteyi-nəzərindən ən vacib aktiv – köhnə, doğma, stabil istiqrazlar fondudur. Onlar bizə sabit gəlir verir və nağd pul gətirir.” Krişna söyləyir.

Sabit faiz dərəcəli investisiyalara depozitlər, ipoteka kreditləri, həmçinin  dövlət və korporativ istiqrazlar daxildir.  Sabit faiz dərəcəli investisiyalara tövsiyə edilən sərmayə müddəti bir ildən üç ilə qədərdir, gəlirlər isə öncədən razılaşdırılmış şəkildə müəyyən dövrdən bir əldə edilir.

“Sabit dərəcəli gəlirlər sektorunda  biz  hazırkı zamanda qısa  və orta müddətli, yüksək gəlirli borclara üstünlük veririk” Rob Uiber, Credit Suisse-nin direktorlarından biri deyir. Lakin iqtisadiyyat qızışdığından,  istiqrazlar bazarı korreksiya təhlükəsi ilə üzləşə bilər, yəni əks tendensiya müşahidə oluna bilər, söhbət əks tendensiyadan, istiqrazların gəlirinin ən azı 10% azalmasından gedir.

Müddəti 6 ildən çox olan istiqrazlar artıq korreksiya keçiblər, -Krişna aydınlıq gətirir. Çünki biznes özünün yaxşı vaxtlarını yaşayır, ona görə də bizim faizsiz səviyyəsinə düşmüş faiz dərəcələrimiz, yüksəlməyə başlayacaq. Məsələn, əgər siz, sizə iki faiz qazandıran, istiqraz sahibisinizsə, bazarda faiz dərəcələri isə 3-ə yüksəlibsə, onda pulları bankda saxlamaq, istiqraza yatırım etməkdən daha sərfəli olacaq və bunun nəticəsi olaraq da istiqrazların qiyməti düşəcək. “

Aydındır ki, belə halda uzunmüddətli istiqrazlarda vəziyyət daha pisdir, çünki Krişnanın sözlərinə əsasən, siz aşağı faizlə daha uzun müddətə ilişmiş olursunuz.

Səhmlər

Ən riskli aktivlərdən biri olmaqla,  səhmlər və qiymətli kağızlar  orta və uzunmüddətli perspektivdə daha böyük gəlir qazanmaq imkanı yaradır. (5-7 il müddətinə).  Səhmlər özündə şirkətin müəyyən miqdarda payına sahib olmağı əks etdirir.  Səhmləri fond birjasında almaq olur. İnvestisiyadan olan gəlirlər kapitalın artması formasında təşəkkül tapır (aktivin, yəni səhmin bazar dəyərinin artması), divident gəlirləri isə adi qaydada mənfəətin bölüşdürülməsi nəticəsində yaranır.

Səhmlərə sərmayə qoyuluşu, qısamüddətli faiz ödənişlərini nəzərdə tutmur, əvəzində bu aktivlər adətən daha likvid olur ( onları asanlıqla satmaq mümkündür. “ Əgər bu inkişaf etmiş bazarların səhmidirsə və ya onlar Senxex və ya FTSE fond birjalarında satılırsa, onda siz onları istənilən zaman sata bilərsiniz. Birbaşa investisiyalara gəldikdə isə, onları geri çəkmək adətən daha çətin olur” – Krişna bildirir.

“Uzunmüddətli investisiya perspektivləri olan səhmlərin alınması həqiqətən də heyrətləndirici fürsətlər açır, halbuki o, nağd pullara və ya sabit gəlirli istiqrazlara yatırm etməkdən daha risklidir” Uiber bildirir. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et