Böyük Britaniyada işsizlik son 4 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Böyük Britaniyada işsizlik son 4 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Mehin Qasımova,Banco.az

Böyük Britaniyada işsizlik fevral-aprel dövründə 4,6% ilə son dörd ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, yanvar-mart ayları arasında rübdə yüzdə 4,5 olan işsizlik, fevral-aprel dövründə yüzdə 4,6-ya yüksəldi. Bu dövrdə işsizlik gözləntilərə uyğun olaraq artdı.

Beləliklə, ölkədə işsizlik son dörd ildə ən yüksək həddə çatıb. İşsizlik səviyyəsi sonuncu dəfə 2021-ci ilin may-iyul aylarını əhatə edən dövrdə 4,6 faizlə ölçüldü.

ONS İqtisadi Statistikalar Direktoru Liz McKeown, məlumatların qiymətləndirilməsində əmək bazarının zəifləməyə davam etdiyini, bəzi şirkətlərin yeni işəgötürənləri geri çəkdiyini və ya işini tərk etmiş işçilərini əvəz etmədiyini söyləyib.