ABŞ hakimiyyəti Çinə qarşı tətbiq etdiyi bəzi məhdudiyyətləri aradan qaldıra bilər.
Banco.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Məlumatlara görə, Ağ Evin rəhbəri ABŞ-ın maliyyə naziri Skot Bessentə London danışıqları öncəsi bəzi məhdudiyyətlərin aradan qaldırılması imkanlarını Çinlə müzakirə etməyi tapşırıb.
Bura Çinə geniş çeşiddə texnologiyaların və digər malların satışına qoyulan qadağanın aradan qaldırılması daxildir.
Nəşrin məlumatına görə, belə bir addım Çinin nadir torpaq metalları üzərində nəzarətinin ABŞ sənayesinə təsirini vurğulayıb.