“Air Europa” Böyük Britaniya holdinqi tərəfindən satın alınıb | Banco.az

“Air Europa” Böyük Britaniya holdinqi tərəfindən satın alınıb

“British Airways” və “Iberia” hava yolu şirkətlərinin sahibi olan Böyük Britaniyanın İAG (İnternational Airlines Group) beynəlxalq aviasiya holdinqi törəmə şirkəti “İB OPCO Holding S.L.” vasitəsilə İspaniyanın “Air Europa” hava yolu şirkətini 1 milyard avroya satın alıb.

Bundan sonra Madrid Avropanın ən böyük hava nəqliyyatı mərkəzləri olan Amsterdam, Frankfurt, London, Paris ilə rəqabət aparacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, IAG Avropadan Latın Amerikası və Karib hövzəsi ölkələrinə hava daşımaları sahəsində yenidən liderliyə yüksələcək.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et