AİF-in yeni istiqraz emissiyasının paramentləri açıqlanıb | Banco.az

AİF-in yeni istiqraz emissiyasının paramentləri açıqlanıb

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) yeni istiqraz emissiyasının paramentləri açıqlanıb. Bu barədə AİF-dən bildirilib.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qeydə aldığı yeni emissiyanın prospektinə əsasən, dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 50 min ədəd sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının buraxılması nəzərdə tutulub.

Məlumata görə, qiymətli kağızlar 3 600 gün (təxminən 10 il) müddətində dövriyyədə olacaq. Onların illik gəlirliliyi 3% təşkil edəcək. Faizlər 180 gündən bir ödəniləcək. Yerləşdirmənin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Ən sərfəli kredit üçün müraciət et

"Milli valyuta ilə illik 3% gəlirlilik mövcud şəraitdə aşağı olsa da, düşünürük ki, istiqrazları rahatlıqla realizə etmək mümkün olacaq. Əvvəlki illərdə olduğu kimi hüquqi şəxslər - kommersiya bankları və sığorta şirkətləri onları alacaqlar. Bununla belə, fiziki şəxslərin də bu qiymətli kağızları əldə etməsinə heç bir məhdudiyyət olmayacaq ", - deyə Fonddan qeyd edilib. 

Mənbə: Report.az