Aİ Yunanıstanın bərpa olunan enerji investisiyalarına 1 milyard avro dəstək verəcək | Banco.az

Aİ Yunanıstanın bərpa olunan enerji investisiyalarına 1 milyard avro dəstək verəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Yunanıstanın bərpa olunan enerji investisiyalarına 1 milyard avro dəstək verəcək.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Yunanıstanda bərpa olunan enerjinin istehsalı və saxlanması üzrə həyata keçiriləcək 2 layihə üçün 1 milyard avro dövlət dəstəyinin verilməsini təsdiqləyib.

Bildirilib ki, dəstəklənəcək Faethon layihəsi çərçivəsində 252 meqavat-saat gücündə 2 fotovoltaik qurğu, inteqrasiya olunmuş əridilmiş duz saxlama qurğuları və transformator mərkəzi inşa ediləcək.

Həmçinin bu layihə ilə elektrik enerjisi istehsalı təmin ediləcək və artıq enerji saxlanılacaq.

İttifaqın bəyanatında hər iki layihənin tikintisinin 2025-ci ilin ortalarında başa çatdırılmasının nəzərdə tutulduğu bildirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, bu layihələr Yunanıstanın iqlim və enerji məqsədlərinə çatmasına töhfə verəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et